Məzmuna keç

Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin 3,2 milyonluq tenderinin qalibi açıqlandı

Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəqəmsal həllərin formalaşdırılması, modernləşdirilməsi və dayanıqlı fəaliyyətinin təmin edilməsi xidmətlərinin alınması üçün elan etdiyi tenderin qalibi məlum olub.

E-huquq.az-ın məlumatına görə, tenderin qalibi "Edumedia-Azərbaycan" MMC seçilib.

Qalib şirkətə bu xidmətlər qarşılığında 3.221.819,24 AZN ödəniləcək.

Şəbnəm Mehdizadə