- 18:19
İrandan Azərbaycana gətirilən 21 tondan çox portağalda rəngləyici maddə aşkarlanıb.
E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
AQTA-nın nəzarət tədbirləri çərçivəsində "Karvan Agro" MMC-nin İrandandan idxal etdiyi istehsalçısı Sajad Babaiee olan ümumi çəkisi 21 200 kq portağal məhsulundan nümunələr götürülüb.
Aparılan laborator müayinə nəticəsində məhsulda istifadəsinə yol verilməyən rəngləyici maddə - "Sitrus qırmızısı -2" üzrə uyğunsuzluq aşkarlanıb.
Aşkarlanmış uyğunsuzluqla əlaqədar müvafiq tədbirlər görülüb və İranın müvafiq qurumuna Sajad Babaiee istehsalçı müəssisəsindən ixracın dayandırılmasına dair müraciət ünvanlanıb.