- 17:46
"Yolu keçən hər bir adama görə maşının saxlanılması yolverilməzdir".
E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Rzayev parlamentdə Nazirlər Kabinetinin hesabatının müzakirəsi zamanı çıxışında deyib.
O, Bakıda tıxac probleminin aradan qaldırılması sahəsində mühüm tədbirlər həyata keçirilsə də, problemin hələ tam həllinin tapmadığını bildirib.
"Bizə adi görünən vətəndaşların yolu keçmək qaydalarında müəyyən düzəlişlər tətbiq etmək əhəmiyyətli olar. Yolu keçən hər bir adama görə maşının saxlanılması yolverilməzdir və elə bilirəm ki, 8-10 nəfər insan yol kənarında toplaşdıqdan sonra belə keçidə icazə verilməlidir", - deyə deputat qeyd edib.
Mənbə: Report