"Azərbaycan Aİ üçün strateji əhəmiyyət daşıyır" - Tural Gəncəliyev


  • 11:16

"Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycan Respublikasına səfəri ölkəmizin Avropa üçün nə qədər strateji əhəmiyət kəsb etdiyini göstərir".

E-huquq.az-ın məlumatına görə, bunu Milli Məclisin deputatı Tural Gəncəliyev parlamentin bugünkü plenar iclasında deyib.

Deputat qeyd edib ki, Antonio Koştanın Azərbaycana səfəri son dərəcə mürəkkəb beynəlxalq şəraitdə baş tutub: "Bir tərəfdən Rusiya-Ukrayna müharibəsi, digər tərəfdən isə İranda baş verən hadisələr regionda və dünya səviyyəsində ciddi gərginlik yaratmaqdadır".

T.Gəncəliyev vurğulayıb ki, Avropa İttifaqının ali rəhbərliyinin Azərbaycana səfəri ölkəmizin Avropa üçün nə qədər strateji əhəmiyyət daşıdığını bir daha təsdiqləyir: "Hazırda Avropa İttifaqının 10 üzv dövləti Azərbaycanın enerjisi ilə təmin olunur. Bu isə o deməkdir ki, Aİ Azərbaycanın enerji resurslarına və ümumilikdə, ölkə ilə əməkdaşlığa böyük üstünlük verir".

O, həmçinin Azərbaycanı Aİ-nin Mərkəzi Asiyaya və Çinə açılan qapısı olaraq qiymətləndirib.

"Son dövrlərdə Yaxın Şərqdə baş verən hadisələr qlobal iqtisadiyyat üçün ciddi risklər yaradır. Bu şəraitdə Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu daha da önəmli olub", - deyə T.Gəncəliyev qeyd edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər