- 13:31
"Martn 16-da Bakı üzərində dronun peyda olması insanlar arasında ciddi narahatlıq yaratdı. Lakin təəssüf ki, dövlət qurumları bu barədə rəsmi açıqlama vermədi".
E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Qüdrət Həsənquliyev parlamentin bugünkü plenar iclasında deyib.
Deputat, qanunvericiliyə əsasən, dövlət orqanlarının ictimaiyyəti məlumatlandırmaqla məsul olduqlarını vurğulayıb.
"Dövlət qurumlarının vəzifəsi belə hallarda ictimaiyyəti doğru məlumatlarla təmin etməkdir. Əks halda şaiələr yaranır, çox vaxt da bu şaiələr dövlət orqanlarını gözdən salmağa yönəlir", - Q.Həsənquliyev bildirib.
Deputat bu kimi hadisələrdə dövlət qurumlarının daha operativ olmasının vacibliyini də qeyd edib: "Dövlət qurumları öz vəzifələrini yerinə yetirməlidir".
Şəbnəm Mehdizadə