- 13:31
Sertifikatlaşdırma imtahanından azad olunan şəxslərin sayının artırılması təklif edilir.
E-huquq.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov parlamentin bugünkü plenar iclasında məlumat verib.
Deputat, sertifikatlaşdırma imtahanlarından azad olunan şəxslərin sayısının artırılmasının məqsədə uyğun olduğunu vurğulayıb.
O, bu təklifi irəli sürərək, xüsusilə Qazaxıstan və digər Mərkəzi Asiya ölkələrində bu imtahanlara cəlb edilən şəxslərlə bağlı tətbiq edilən geniş istisnalar siyahısına diqqət çəkib. Azərbaycanda da belə istisnaların siyahısının nəzərdən keçirilməli və artırılmalı olduğunu bildiirb.
Deputat, xüsusi olaraq Prezident təqaüdünə layiq görülən şəxslərin də bu istisnalar siyahısına daxil olmasının vacib olduğunu qeyd edib.
O, həmçinin sertifikatlaşdırma imtahanlarına dəfələrlə qatılan şəxslərin növbəti imtahanlara cəlb olunmalarına ehtiyac olmadığına diqqət çəkib.
"Ən azı üç dəfə imtahanda iştirak etmək böyük bir rəqəmdir. İstər təhsil, istərsə də incəsənət sahəsində fəaliyyət göstərən şəxslər əgər üç dəfə imtahanda iştirak ediblərsə, onların təkrar sertifikatlaşdırma imtahanına cəlb edilməsinə ehtiyac yoxdur", - deyə V.Bayramov bildirib.
Şəbnəm Mehdizadə