- 16:23
İctimai Səhiyyə və İslahatlar Mərkəzi publik hüquqi şəxsinin 2026-cı ildə Strategiyanın tələblərinə əsasən ilkin səhiyyə xidməti müəssisələrinin heyəti üçün bilik və bacarıqların artırılması məqsədilə təlim və tədbirlərin keçirilməsi ilə bağlı elan etdiyi tender baş tutmayıb.
E-huquq.az xəbər verir ki, buna səbəb satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olmasıdır.
Qeyd edək ki, tenderin dəyəri 175.350,00 manat olub.
Şəbnəm Mehdizadə