"Azəriqaz” bayram günlərində xidmətini davam etdirəcək


  • 14:50

"Azəriqaz" İB-nin Müştəri xidmətləri şöbəsinin əməkdaşları 20.03.2026 - 29.03.2026-cı il tarixlərində saat 10:00-dan 17:00-dək fəaliyyət göstərəcək.

Bu barədə e-huquq.az-a "Azəriqaz"dan məlumat verilib.

Xidmət Bakı (yeni ünvan: Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əliağa Şıxlinski küçəsi, giriş 55) və Sumqayıt RQİİ-lərin inzibati binalarında, eləcə də Xəzər, Qaradağ və Abşeron xidmət sahələrində təşkil olunacaq.

Eləcə də Bakı RQİİ-nin bütün xidmət sahələrində, eynilə bölgələrdə də növbəlilik tətbiq etməklə Birliyin müvafiq sayda əməkdaşları iş başında olacaqlar.

20.03.2026 - 29.03.2026-cı il tarixlərində “ASAN Kommunal” və “ASAN xidmət” mərkəzlərində qeyri-iş günüdür. 30.03.2026-cı il tarixindən isə mərkəzlərdə vətəndaşlara xidmət göstəriləcək.

"Abonentlərin nəzərinə çatdırırıq ki, qaz təchizatında yarana biləcək istənilən çətinliklərlə bağlı dərhal 7/24 fəaliyyət göstərən 104 Çağrı Mərkəzinə məlumat versinlər", - deyə qurumdan bildirilib.

Oxşar xəbərlər