Məzmuna keç

“Respublika Qan Bankı” 4,2 milyonluq tibbi ləvazimat alır

"Respublika Qan Bankı" publik hüquqi şəxsinin tibbi ləvazimatların, Trima Accel avtomat cihazı üçün aferez setlərinin və dördlü leykofiltrli qan torbalarının satınalınması ilə bağlı elan etdiyi tender başa çatıb.

E-huquq.az xəbər verir ki, tenderin qalibi "PULSMED" MMC olub.

Qalib şirkətə 4.228.530 manat vəsait ödəniləcək.

Şəbnəm Mehdizadə