- 11:41
Türkiyənin Balıkesir vilayətinin Sındırgı rayonunda 4,0 ballıq zəlzələ baş verib.
E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması Baş İdarəsi (AFAD) məlumat yayıb.
Yeraltı təkanlar yerli vaxtla saat 07:52-də qeydə alınıb. AFAD-ın məlumatına görə, zəlzələnin ocağı yerin təxminən 14,07 kilometr dərinliyində yerləşib.
Hələlik hər hansı dağıntı və ya insan tələfatı barədə məlumat daxil olmayıb.