Azərbaycan yapışdırıcı maddələrin istehsalını artırıb


  • 09:40

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 24,5 min ton yapışqan və yapışdırıcı maddələr istehsal edilib.

E-huquq.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13 % azdır.

Təkcə fevralda isə 14,4 min ton məhsul istehsal edilib. Bu, 1 il əvvələ nisbətən 19 % çoxdur.

Bu il martın 1-nə, ölkədə 10,4 min ton hazır məhsul ehtiyatı olub.

2025-ci ildə Azərbaycanda 170 min ton yapışqan və yapışdırıcı maddələr istehsal edilib ki, bu da 2024-cü illə müqayisədə 12,4 % çoxdur.

Oxşar xəbərlər