BDU-nun Hüquq fakültəsi nüfuzlu reytinq təşkilatının siyahısında yer alıb


  • 17:07

Bakı Dövlət Universitetinin Hüquq fakültəsi dünyanın nüfuzlu reytinq təşkilatı Quacquarelli Symonds (QS) tərəfindən açıqlanan “QS World University Rankings by Subject 2026” nəticələrinə əsasən, respublikamızda ilk dəfə olaraq böyük uğur əldə edərək reytinq siyahısında yer alıb.

E-huquq.az xəbər verir ki, BDU cari ildə ilk dəfə olaraq geniş ixtisas kateqoriyaları ilə yanaşı, bir sıra dar ixtisas sahələri üzrə də reytinqə daxil olub. Hüquq fakültəsinin dünyaca məşhur bu nüfuzlu akademik siyahıda yer alması ölkəmizin hüquq təhsili tarixində ilk belə nailiyyət kimi xüsusi əhəmiyyət kəsb edir.

Eyni zamanda bu hadisə BDU Hüquq fakültəsinin dünya miqyasında hüquq təhsili sahəsində artan nüfuzunun və akademik potensialının bariz göstəricisi olmaqla yanaşı, beynəlxalq səviyyədə Azərbaycan hüquq təhsilinin yüksək səviyyəsini bir daha sübut edir.

Qeyd edək ki, Bakı Dövlət Universiteti respublikamızda bu nüfuzlu reytinq cədvəlində hüquq təhsili üzrə yer alan ilk və yeganə ali təhsil müəssisəsidir. Bu böyük uğur münasibətilə fakültənin professor-müəllim heyətini və tələbələrini təbrik edir və uğurlar arzu edirik!

Oxşar xəbərlər