Jurnalist Rəşad Baxşəliyev vəfat etdi


  • 09:38

"Azərbaycan" qəzetinin şöbə müdiri, Vətən müharibəsinin iştirakçısı, jurnalist Rəşad Baxşəliyev vəfat edib.

E-huquq.az xəbər verir ki, 48 yaşında həyatını itirən mərhum jurnalist bu gün dəfn olunacaq.

Qeyd edək ki, Rəşad Baxşəliyev 1978-ci ildə Mingəçevir şəhərində anadan olub. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Uzun illər "Şərq" qəzetində çalışıb. Sonra fəaliyyətini rəsmi dövlət mətbuat orqanı olan "Azərbaycan" qəzetində davam etdirib. R.Baxşəliyev 2020-ci ildə Vətən müharibəsi başlayan kimi ordu sıralarına qoşulub. Müharibədə zabit kimi döyüşüb, bir necə medalla təltif olunub.

Mənbə: Report

Oxşar xəbərlər