- 15:57
Rusiya Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Fəaliyyət Departamentinin direktoru Dmitri Melnik Rusiyadan İrana humanitar yardımın Azərbaycan vasitəsilə operativ surətdə çatdırılmasında göstərdiyi köməyə görə Azərbaycan tərəfinə təşəkkür edib.
E-huquq.az xəbər verir ki, bunu Melnik azərbaycanlı jurnalistlərə açıqlamasında bildirib:
"Bu gün Rusiya Federasiyası Prezidentinin göstərişinə uyğun olaraq və fövqəladə hallar nazirinin tapşırığı ilə İran xalqına təcili humanitar yardımın çatdırılmasının ikinci mərhələsi başa çatıb. Bu yardım 300 ton müxtəlif tibbi ləvazimatlardan ibarət olub. Ümumilikdə yükün çatdırılması təxminən dörd gün çəkib və bu, Rusiya və Azərbaycanın müxtəlif qurumlarının səyləri sayəsində mümkün olub.
Bununla əlaqədar bu humanitar yardımın tez bir zamanda çatdırılmasına kömək edən Rusiya nazirliklərinin və qurumlarının bütün işçilərinə, eləcə də azərbaycanlı həmkarlarımıza təşəkkür etmək istəyirəm", - Melnik bildirib.
Qeyd edək ki, humanitar yardım daşıyan Rusiya Fövqəladə Hallar Nazirliyinin 31 vaqondan ibarət yük qatarı bu gün gecə saatlarında "Astara Dəmir Yolu" gömrük sərhəd buraxılış məntəqəsindən İrana yola salınıb. Humanitar yardımın ümumi çəkisi 300 tondan çoxdur.
Mənbə: Report