- 28 Mart 23:35
İranın xarici işlər naziri Abbas Əraqçi öz Azərbaycan hökumətinə və xalqına təşəkkür edib.
E-huquq.az xəbər verir ki, bu barədə o, özünün “X” səhifəsində yazıb.
"Göstərdiyi humanitar yardımlara, eləcə də digər ölkələrin yardımlarının çatdırılması üçün yaradılmış şəraitə görə Azərbaycana təşəkkürümü bildirirəm” - Əraqçi qeyd edib.
O, çətin günlərdə nümayiş etdirilən bu dəstəyin İran və Azərbaycan xalqlarının ortaq mədəniyyətindən xəbər verdiyini qeyd edib.