Cinayət Məcəlləsinə dəyişiklik: "Cərimə məbləğlərinin minimum hədləri müəyyənləşdirilsin" - TƏKLİF


  • 12:02

"Azərbaycan Respublikası Cinayət Məcəlləsinə təklif edilən dəyişikliklər mütərəqqidir".

E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov parlamentin bugünkü iclasında deyib.

O, müzakirə edilən layihə ilə bağlı bir sıra təkliflərini səsləndirib.

"Məcəllənin 308-1 maddəsində təklif edilən dəyişikliklərə əsasən, dövlət vəsaitindən təyinatı üzrə istifadə edilmədikdə xeyili miqdarda törədildikdə cinayət predmetinin dəyərinin, yəni təyinatından kənar istifadə olunan vəsaitin 100 faizi miqdarında cərimə edilməklə azadlıqdan mərhum olunma nəzərə tutulur. Mövcud mətndə cərimələr 9-13 min manat intervalında dəyişir. Yəni, yeni dəyişikliklər ilə fiks cərimə mexanizmdən faiz meyarına keçidi reallaşdırır. Bununla yanaşı, təklif edərdim ki, bu maddə üzrə konkret cərimə məbləğlərinin minimum həddləri müəyyənləşdirilsin. Çünki bu zaman dövlət vəsaitinin təyinatından yayındırmağa görə dəymiş ziyan məbləği üzrə cərimələrin minimum məbləği müəyyənləşə bilər. Bu baxımdan təklif edirəm ki, müzakirə etdiyimiz dəyişiklik bu redaktədə təqdim olunsun: “Dövlət vəsaitindən təyinatı üzrə istifadə edilmədikdə xeyili miqdarda törədildikdə minimum əmək haqqının bəlli mislindən az olmamaq şərti ilə cinayət predmetinin dəyərinin (təyinatından kənar istifadə olunan vəsaitin) 100 faizi miqdarında cərimə edilməklə azadlıqdan mərhum edilsin”. Burada minimum əmək haqqı misli ilə bağlı konkret rəqəm qanunverici dəyişiklik təşəbbüsü ilə çıxış edən qurum tərəfindən müyyənləşdirilə bilər.

Həmin məcəllənn 308-1-2 maddəsinə təklif edilən düzəlişlərdən biri bu maddədə nəzərdə tutulmuş əməlləri ilk dəfə törətmiş şəxs cinayət predmetinin dəyərini (təyinatından kənar istifadə olunan vəsaitin) tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunmasıdır. Məcəllə ilə xeyli miqdarda ziyan 50-250 min manat arası ziyan, külli miqdarda isə 250 min manatdan çox olan ziyan kimi təsnifləşdirilir. İnkişaf etmiş ölkələrdə, eləcə də bir sıra MDB dövlətlərində məsuliyyətdən azad olunma halı sadəcə kiçik məbləğli cinayət törədənlərə şamil edilir. Xeyili miqdarda ziyanın məbləği Azərbaycanda minimum əmək haqqının 125 mislindən 625 misli arasında dəyişir. Külli miqdarda olan ziyan isə minimum əmək haqqnın 625 mislindən baslayan rəqəmlər ilə ifadə olunur. Ona görə, bu maddə üzrə dəymiş ziyanın məbləğinin konkretləşdirilməsinə və həmin halın böyük rəqəmlər ilə ifadə olunan vəsait yayındırmalarına şamil olunmaması təklif edərdim".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər