- 13:17
Dövlət qulluğunda kompetensiya (səriştə, bilik, təcrübə) əsaslanan imtahanlara keçid edilir.
E-huquq.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzi (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu, dövlət qulluğunda çox vacib mərhələdir:
"Bu prosesdə dövlət orqanları sıx iştirak edir. Ümumiyyətlə, təhsil sistemində dövrün tələbi ilə əlaqədar yeni çağırışlar var. Biz bu proseslərin şəffaflığını və yeni innovativ yanaşmaları təmin etməyə çalışırıq".