DTX rəisi ilə Türkiyə DİN rəhbəri arasında görüş oldu - FOTO


  • 17:41

Azərbaycana səfəri zamanı Türkiyə daxili işlər naziri Mustafa Çiftçi ilə Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəisi Əli Nağıyev arasında görüş olub.

E-huquq.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin sosial media hesabında məlumat verilib.

Bildirilib ki, görüşdə terror təşkilatları və mütəşəkkil cinayətkar qruplarla mübarizə başda olmaqla, iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlıq fəaliyyətləri müzakirə olunub.

Oxşar xəbərlər