Bakı Mühəndislik Universitetinin tenderi baş tutmadı


  • 18:45

"Bakı Mühəndislik Universiteti" publik hüquqi şəxsinin Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı ilə təhsil alan tələbələrin aviabiletlərinin satın alınması ilə bağlı elan etdiyi tender baş tutmayıb.

E-huquq.az xəbər verir ki, buna səbəb satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olmasıdır.

Qeyd edək ki, tenderin dəyəri 58.950,00 manat olub.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər