Masazırda iki qadının qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanıldı


  • 17:03

Abşeron rayonu Masazır qəsəbəsində iki qadının qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə e-huquq.az-a Baş Prokurorluqdan məlumat verilib.

Qeyd olunub ki, aprelin 11-də Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində Pərişan Süleymanova və Nuranə İsgəndərlinin qəsdən öldürülməsi faktı ilə bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələrilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

***

Abşeron rayonunun Masazır qəsəbəsində iki qadın qətlə yetirilib.

E-huquq.az xəbər verir, ilkin məlumata görə, Abşeron rayonu, Masazır qəsəbəsində 1987-ci il təvəllüdlü Pərişan Əlövsət qızı Süleymanova və Nuranə Rüstəm qızı İsgəndərliyə (1996) kəsici-deşici alətlə xəsarət yetirilməsi və onların hadisə yerində ölməsi barədə polisə məlumat daxil olub.

Hazırda polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.

Oxşar xəbərlər