Bakıda marketdən oğurluq edən şəxs saxlanıldı


  • 12 Aprel 23:56

Bakının Binəqədi rayonunda oğurluq hadisəsi qeydə alınıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirib ki, naməlum şəxs gecə saatlarında rayon ərazisində yerləşən mağazaların birindən 420 manat pul və 3000 manat dəyərində tütün məmulatını talayıb.

Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 27 yaşlı E.Şirinov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Oxşar xəbərlər