- 17:44
"Space" Televiziyasının baş direktoru Vado Korovin tutduğu vəzifədən azad edilib.
E-huquq.az xəbər verir ki, hazırda “Space”də bütün idarəetmə və səlahiyyətlər İcraçı direktor Nəriman Əbdüləliyev tərəfindən icra olunur.
Qeyd edək ki, ötən gün “Space”də yoxlamalar aparıldığına dair məlumatlar yayılmışdı.
Məlumat üçün bildirək ki, Nəriman Əbdüləliyev Vado Korovinin kürəkənidir. Onun həyat yoldaşı Zemfira Korovina da “Space”də rəhbər vəzifələrdən birini tutur.
Mənbə: Manset.az