Azərbaycanda 200-dən çox kişiyə atalıq məzuniyyəti verilib


  • 17:37

Bu il ərzində 103 işəgötürən tərəfindən ümumilikdə 213 işçiyə uşağının doğulması ilə əlaqədar 14 təqvim günü müddətində ödənişli atalıq məzuniyyəti verilib.

E-huquq.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, bu məzuniyyət uşağın doğulmasından əvvəlki və sonrakı dövrləri əhatə edir.

Xatırladaq ki, əmək münasibətləri ilə bağlı qanunvericilikdə edilmiş və hazırda qüvvədə olan yeni dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə doğuşdan əvvəl və doğuşdan sonrakı dövrləri əhatə edən 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir.

Bununla əlaqədar bu ilin yanvar ayında "Əmək və Məşğulluq" altsistemində (ƏMAS) işəgötürən tərəfindən işçiyə qeyd edilən məzuniyyətin verilməsinə dair əmrin rəsmiləşdirilməsi üçün yeni funksionallıq yaradılıb.

Oxşar xəbərlər