- 20:05
Paytaxtın Yasamal rayonunda elektronika mağazalarının birindən 2900 manat dəyərində mobil telefon oğurlanıb.
Bu barədə e-huquq.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 36 yaşlı O.Burciyev saxlanılıb. Araşdırmalarla məlum olub ki, o, satıcının başının qarışıq olmasından istifadə edərək əməli törədib. Saxlanılan şəxsin Nəsimi rayonu ərazisindəki mağazadan da *750* manat dəyərində qızıl-zinət əşyası talaması məlum olub.
Araşdırmalar davam etdirilir.