"Respublika Hüquq Olimpiadası gənclərin peşəkar inkişafına töhfə verir" - Əmir Əliyev


  • 6 May 12:05

"Respublika Hüquq Olimpiadası gənclərin peşəkar inkişafına töhfə verir".

E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyası Tədris Mərkəzinin direktoru Əmir Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş Respublika Hüquq Olimpiadasının açılış mərasimində deyib.

O bildirib ki, bu olimpiada gənclərin nəzəri biliklərinin praktikada möhkəmlənməsi, liderliyin təsbiti, stres altında düzgün qərar qəbul etmək və vaxtın düzgün idarə edilməsi bacarıqlarının inkişafına xidmət edir.

Ə.Əliyev əlavə edib ki, hüquq fakültələri arasında keçirilən olimpiada kadr hazırlığına mühüm töhfə verir: "Bu tədbir tələbələrin gələcəkdə peşəkar hüquqşünas kimi formalaşmasında xüsusi rol oynayacaq".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər