Hakan Fidan Qətərə gedəcək


  • 14:26

Türkiyənin xarici işlər naziri Hakan Fidan regiondakı vəziyyətlə əlaqədar mayın 12-də Qətərə səfər edəcək.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Dohada baş tutacaq görüşlərdə Körfəz ölkələrində münaqişələrin aradan qaldırılması prioritet məsələ olacaq.

Görüşlərdə həmçinin qlobal enerji və ticarət marşrutları baxımından əhəmiyyət daşıyan Hörmüz boğazında vəziyyət müzakirə olunacaq.

Oxşar xəbərlər