- 12 May 17:28
İnsan alveri cinayətlərinin 97 faizinin açılması yüksək göstəricidir.
E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli parlamentin bugünkü iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatının müzakirəsi zamanı deyib.
Komitə sədri qeyd edib ki, bəzən insan alverindən zərərçəkənlər cinayətlərin aşkar edilməsində passiv mövqe sərgiləyirlər.
O eyni zamanda bildirib ki, aşkarlanan cinayətlərin dörddə biri informasiya-kommunikasiya texnologiyaları (İKT) vasitəsilə törədilib.
Ə.Hüseynli əlavə edib ki, insan alverinə dair məhkəmə qərarlarının əksəriyyəti azadlıqdan məhrum etmə cəzası ilə nəticələnib ki, bu da hüquq sisteminin sərt mövqeyindən xəbər verir.
Deputat vurğulayıb ki, ölkəmizdə insan alverinin qarşısının alınması istiqamətində ciddi işlər görülür.
Şəbnəm Mehdizadə