Fazil Mustafa: "İnsan alveri ümumi cinayətlərdə 1%-dən azdır"


  • 12 May 12:33

"İnsan alveri ilə mübarizə xüsusi peşəkarlıq tələb edir".

E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa parlamentin bugünkü iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatının müzakirəsi zamanı deyib.

Deputatın sözlərinə görə, ən vacib məsələ dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsi və vətəndaş cəmiyyətlərinin aktiv iştirakının təmin edilməsidir.

F.Mustafa əlavə edib ki, Daxili İşlər Nazirliyi (DİN) insan alverinin qarşısının alınması sahəsində effektiv tənzimləmə aparır: "İnsan alverinin ümumi cinayətlər içində 1 faiz belə təşkil etməməsi vaxtında qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlıdır".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər