- 12 May 17:28
Valideynlərinin imtina etdiyi hər bir uşaq dövlətin himayəsinə verilməlidir.
E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa parlamentin bugünkü iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatının müzakirəsi zamanı deyib.
Deputat qeyd edib ki, bu yanaşma xarici ölkələrdə də tətbiq olunur.
O, bir müddət öncə Abşeron rayonunun Goradil qəsəbəsi qəbiristanlığında azyaşlı uşağın tərk edilmiş vəziyyətdə tapıldığını xatırladıb.
F.Mustafa əlavə edib ki, bir çox ölkələrdə nəinki tərk edilmiş, həmçinin valideynin pis davrandığı uşaqlar da dövlətin himayəsinə götürülür.
Deputatın sözlərinə görə, ölkədə uşaq müəssisələrinin və infrastrukturunun sayı artırılmalıdır.
Şəbnəm Mehdizadə