- 08:34
Bu gün Bakının Xəzər rayonunun Binə qəsəbəsinin bəzi ərazilərinin qaz təchizatı dayandırılacaq.
Bu barədə e-huquq.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindəb məlumat verilib.
Bildirilib ki, Xəzər rayonunda aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Binə qəsəbəsinin Əli İsazadə və Məscid küçələrinin, həmçinin Binə Sovxoz adlanan ərazinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.