Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək


  • 09:07

Bu gün Azərbaycan ərazisindən tranzit keçməklə Rusiyadan Ermənistana buğda göndəriləcək.

E-huquq.az xəbər verir ki, bu ölkəyə 14 vaqondan ibarət, çəkisi 977 ton olan buğda tədarük olunacaq.

Qatar bir qədər sonra "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri sansiyasından yola düşəcək, Böyük Kəsik stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.

Oxşar xəbərlər