"Tehran Times": ABŞ İranın münaqişənin həlli planını rədd edir


  • 11:30

ABŞ İranın münaqişənin həlli ilə bağlı 14 bəndlik planını tamamilə rədd edib.

E-huquq.az xəbər verir ki, bu barədə “Tehran Times” qəzeti məlumat yayıb.

Məlumata görə, Tehran nizamlanma ilə bağlı öz yazılı təklifinə Vaşinqtondan cavab alıb. Bildirilir ki, ABŞ İranın bütün təkliflərini rədd edib və xüsusilə İranın nüvə proqramı məsələsində öz təzyiq siyasətinə sadiq qalıb.

Qeyd edək ki, əgər Vaşinqton İslam Respublikasının təkliflərini qəbul etsəydi, Tehran nüvə dosyesi də daxil olmaqla müxtəlif məsələləri əhatə edən danışıqların ikinci mərhələsinə başlamağa hazır idi.

Humay Eminqızı

Oxşar xəbərlər