- 17:28
Azərbaycanda ailələrin və uşaqların sayında son dövrlərdə azalma müşahidə olunur.
E-huquq.az xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova "Ailəmiz - ən güclü dəyərimiz" adlı konfransda deyib.
O bildirib ki, vəziyyət bir sıra ölkələrdə müşahidə olunan kritik həddə nisbətən daha yaxşıdır.
Komitə sədri qeyd edib ki, son zamanlar cütlüklər ailə qurur, lakin bunu rəsmi qeydiyyatdan keçirmirlər. Bu səbəbdən dəqiq rəqəmləri müəyyən etmək çətindir: "Bununla belə, müəyyən tendensiyalar mövcuddur və onların qarşısını almaq vacibdir ki, gənclərin evlənmə yaşı gecikməsin və ilk övladın dünyaya gəlməsi təxirə salınmasın".
B.Muradovanın sözlərinə görə, Azərbaycanda iki uşaqlı ailələr üstünlük təşkil edir: "Səylər nəticəsində üç övladlı ailələrin sayını artırmaq mümkün olarsa, demoqrafik balansın qorunmasına da şərait yaradılacaq".
Humay Eminqızı