"Azərbaycanda ailə siyasətinin formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır" - İcra başçısı


  • 17:11

"Azərbaycanda ailə siyasətinin formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır".

E-huquq.az xəbər verir ki, bunu Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov "Ailəmiz – ən güclü dəyərimiz" adlı konfransda bildirib.

O vurğulayıb ki, milli-mənəvi dəyərləri xalqımızın ən böyük sərvəti hesab edən Ulu Öndər Heydər Əliyev bu dəyərlərin qorunmasının vacib olduğunu bütün çıxışlarında dəfələrlə qeyd edib. Ulu Öndərin ailə siyasəti Azərbaycanda bu gün də məqsədyönlü şəkildə həyata keçirilir.

İcra başçısı əlavə edib ki, Prezident Cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva milli-mənəvi dəyərlərin qorunmasına böyük diqqət və qayğı göstərir. Cənab Prezidentin sözlərinə görə, siyasətin mərkəzində həmişə Azərbaycan vətəndaşı və onun maraqları dayanır.

Humay Eminqızı

Oxşar xəbərlər