"Ailə institutu dövlət siyasətində prioritetdir" - Adilə Əliyeva


  • 17:28

"Bu gün dövlət siyasətində ailə institunun qorunması və gücləndirilməsi xüsusi yer tutur"

E-huquq.az xəbər verir ki, bunu "Regional İnkişaf" İctimai Birliyinin Layihələr və könüllülərlə iş şöbəsinin müdiri Adilə Əliyeva "Ailəmiz - ən güclü dəyərimiz" adlı konfransda deyib.

O vurğulayıb ki, ailə dəyərlərinin təbliği, sağlam ailə münasibətlərinin formalaşdırılması və uşaqların təhlükəsiz, sağlam mühitdə böyüməsi istiqamətində həyata keçirilən layihələr böyük əhəmiyyət kəsb edir.

A.Əliyeva qeyd edib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyəti və təşəbbüsləri xüsusilə təqdirəlayiqdir. "Regional İnkişaf" İctimai Birliyi də ailə institunun möhkəmləndirilməsi, cəmiyyətdə sağlam sosial münasibətlərin təşviqi və milli-mənəvi dəyərlərin qorunmasına yönəlmiş layihələrin reallaşdırılmasına xüsusi önəm verir.

Şöbə müdiri əlavə edib ki, Komitə ilə əməkdaşlıq uzunmüddətli və səmərəli xarakter daşıyır. Birgə həyata keçirilən təşəbbüslər sırasında maarifləndirici layihələr, sosial aksiyalar, festivallar və müxtəlif yönümlü tədbirlər xüsusi yer tutur. Bu təşəbbüslər bir daha göstərir ki, güclü və davamlı cəmiyyətin əsasında sağlam və bir-birinə bağlı ailələr dayanır.

Humay Eminqızı

Oxşar xəbərlər