- 16 May 18:16
Almaniyanın “Mercedes-Benz” avtomobil konserni müdafiə sənayesi bazarına daxil olma ehtimalını istisna etməyib.
E-huquq.az xəbər verir ki, şirkətin rəhbəri Ola Kallenius bu barədə “The Wall Street Journal” qəzetinə müsahibəsində danışıb.
Kallenius bildirib ki, dünyada vəziyyətin daha qeyri-sabit hala gəlməsi Avropanın müdafiə potensialını artırmasını zəruri edir.
“Dünya daha gözlənilməz olur. Məncə, Avropanın müdafiə imkanlarını gücləndirməsi vacibdir. Əgər biz bu prosesdə rol oynaya bilsək, bunu etmək istərdik”, - deyə o vurğulayıb.
Şirkət rəhbərinin sözlərinə görə, müdafiə sahəsi ilə bağlı istehsal “Mercedes-Benz”in biznesində minik və yük avtomobilləri ilə müqayisədə kiçik paya malik olacaq.