"Dövlət bağçalarının yay ayı ərzində açılması nəzərdə tutulmur".
E-huquq.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
Nazirin sözlərinə görə, dövlət müəssisələrində çalışan pedaqoji heyət əmək haqlarını tam alıb: "Özəl sektora bağlı dövlətin dəstək mexanizmi özəl bağçaları da əhatə edir. Yay aylarında isə bağçalar fəaliyyət göstərmir. İyunun ayının 1-dən məktəbəqədər təhsil müəssisələrin açılması barədə qərar yoxdur”.
