- 12:11
Naxçıvan Beynəlxalq Aeroportunun yaxınlığında müşahidə olunan əlverişsiz hava şəraiti ilə əlaqədar AZAL-ın müvafiq istiqamətdə uçuşları təxirə salınıb.
AZAL-dan e-huquq.az-a bildirilib ki, şirkət sərnişinlərin təhlükəsizliyini daim prioritet hesab edir və bütün zəruri tədbirləri həyata keçirir.
Hava şəraiti stabilləşdikdən sonra reyslər əvvəlki qaydada icra edilməyə davam edəcək.