FHN Bakıda intensiv yağışların fəsadlarını aradan qaldırır - VİDEO


  • 09:51

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən hazırda yağan intensiv yağışlarla əlaqədar yaranan fəsadların aradan qaldırılması istiqamətində təcili və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Bu barədə e-huquq.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, FHN-in qüvvələri tərəfindən Bakı şəhərinin müxtəlif istiqamətlərində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması, köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirləri həyata keçirilir.

Oxşar xəbərlər