- 17:38
Türkiyə ilə Azərbaycan qarşılıqlı əməkdaşlığı genişləndirərək güclərini daha da möhkəmləndirməyi qarşıya məqsəd qoyub.
E-huquq.az xəbər verir ki, bu fikirləri Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində jurnalistlərə açıqlaması zamanı səsləndirib.
O, tədbirin yüksək səviyyədə təşkil olunmasına görə Azərbaycanı təbrik edib.
Nazir əlavə edib ki, Azərbaycan və Türkiyə arasında əlaqələr davamlı şəkildə inkişaf edir və daha da güclənir.
“İki qardaş ölkənin liderlərinin qəbul etdiyi siyasi qərarlar həm Azərbaycan, həm də Türkiyənin inkişafına mühüm töhfə verir. Məqsədimiz gücümüzü daha da artırmaqdır”, - deyə M.Kurum qeyd edib.