Nazir: Türkiyə COP31-də Azərbaycanın təcrübəsindən istifadə edəcək


  • 16:48

Türkiyə COP31-də Azərbaycanın COP sahəsindəki təcrübəsindən yararlanmağı planlaşdırır.

E-huquq.az xəbər verir ki, bu barədə Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) zamanı Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum jurnalistlərə açıqlamasında bildirib.

Nazir deyib ki, COP29 çərçivəsində aparılan müzakirələr və qəbul olunan qərarlar Türkiyə üçün mühüm istiqamətlər müəyyən edib.

“İstəyirik ki, COP31 zamanı qəbul ediləcək qərarlar yalnız kağız üzərində qalmasın, praktik şəkildə icra olunsun. Eyni zamanda, dünyada müşahidə olunan iqlim dəyişikliklərinə qarşı müsbət təsir göstərə bilək” - M.Kurum əlavə edib.

Oxşar xəbərlər