- 19:11
Naxçıvan Beynəlxalq Aeroportunun ətrafında müşahidə olunan əlverişsiz hava şəraiti səbəbindən AZAL-ın sözügedən istiqamət üzrə reysləri ləğv olunub.
E-huquq.az xəbər verir ki, hava şəraiti sabitləşdikdən sonra uçuşların cədvələ uyğun şəkildə bərpası təmin ediləcək.
Aviaşirkətdən bildirilib ki, sərnişinlərin təhlükəsizliyi prioritet olaraq qalır və vəziyyət nəzarətdə saxlanılır.