- 10:58
Mənzilə əlçatanlıq ilə bağlı problem hazırda dünyada üç insandan birini əhatə edir. Yəni bu, qlobal böhrandır, sistemli çatışmazlıqdır.
E-huquq.az xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Qlobal mənzil böhranı: Plan nədir?” adlı dialoq sessiyasında deyib.
“Mənzil təminatı şəhərlər üçün çox önəmlidir. Şəhərlər yaxşı yerləşdirilmiş xidmətlər təmin etməli, daha məhsuldar, rəqabətli və inklüziv olmalıdır. Ailələr gəlirlərinin üçdəbirini məhz mənzil üçün xərcləyir. Bu parametr təbii ki, bütün coğrafiyalar üçün eyni deyil. Hazırda iki milyard insan şəhərlərdə yaşayır”, - deyə o əlavə edib.