Sahibə Qafarova: Azərbaycan-Belarus münasibətləri bütün istiqamətlər üzrə sürətlə inkişaf edir


  • 14:04

Azərbaycan və Belarus arasında münasibətlər bütün istiqamətlər üzrə sürətlə inkişaf edir.

E-huquq.az-ın məlumatına görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova deyib.

O bildirib ki, Belarus parlamentinin Nümayəndələr Palatasının sədri İqor Sergeyenko Azərbaycanda sadəcə, rəsmi səfərdə deyil:

"O, Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) Belarus üzrə nümayəndəsidir. Azərbaycan və Belarus arasında münasibətlər bütün istiqamətlər üzrə inkişaf edir. İki ölkənin dövlət başçıları arasındakı dostluq münasibətlərini xüsusi vurğulamaq lazımdır".

Oxşar xəbərlər