Ceyhun Bayramov: Şəhərlər regional əməkdaşlıq və dayanıqlı inkişafın strateji platformalarına çevrilir


  • 14:23

Müasir dövrdə şəhərlər artıq yalnız insanların yaşadığı və çalışdığı məkanlar deyil, həm də diplomatiya, ticarət, infrastruktur, texnologiya, iqlim fəaliyyəti və regional əməkdaşlığın kəsişdiyi strateji platformalara çevrilir.

E-huquq.az xəbər verir ki, bu fikirləri xarici işlər naziri Ceyhun Bayramov Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Şəhərlərin yenidən qurulması və regional əməkdaşlıq: şəhərlərin yenidən qurulması şəhərləri regional əlaqə və ortaq rifahın mühərriklərinə necə çevirə bilər?” mövzusunda tədbirdə çıxışı zamanı səsləndirib.

Nazir bildirib ki, dayanıqlı inkişafın gələcəyi şəhərlərin yalnız fiziki deyil, iqtisadi, rəqəmsal, institusional və sosial baxımdan bir-biri ilə nə dərəcədə uğurla əlaqələndiriləcəyindən asılı olacaq.

Oxşar xəbərlər