"WUF13 Azərbaycanın şəhərsalma sahəsindəki uğurlarını dünyaya tanıtmaq üçün böyük imkandır" - Şamil Ayrım


  • 16:43

"Biz qardaş ölkə olaraq Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) Azərbaycanda keçirilməsindən böyük məmnunluq duyuruq".

Bunu Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım e-huquq.az-a açıqlamasında deyib.

O bildirib ki, Azərbaycanda keçirilən forum beynəlxalq səviyyədə böyük maraqla qarşılanır.

Ş.Ayrımın sözlərinə görə, WUF13 Azərbaycana şəhərsalma sahəsində əldə etdiyi nailiyyətləri beynəlxalq ictimaiyyətə təqdim etmək üçün mühüm imkan yaradıb: “Bu forum həm Azərbaycanın tanıdılması, həm də ölkənin şəhərsalma sahəsində qazandığı uğurların nümayiş etdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır”.

O qeyd edib ki, forum Azərbaycanın işğaldan azad olunmuş Qarabağda həyata keçirdiyi bərpa və yenidənqurma layihələrinin dünya ictimaiyyətinə təqdim olunması baxımından şərait yaradır: “Qarabağda həyata keçirilən layihələr həqiqətən təqdirəlayiqdir. Mən işğaldan azadlıqdan sonra Qarabağa gedən ilk şəxslərdən biri olmuşam. O zaman ora çatmaq üçün 7-8 saat vaxt sərf olunurdu. Hazırda isə alternativ yolların çəkilməsi və sürət qatarının istifadəyə verilməsi nəticəsində Qarabağa 3-4 saata çatmaq mümkündür”.

Oxşar xəbərlər