Şamil Ayrım: "Şuşa və Trabzon şəhərlərinin qardaşlaşması hər iki şəhərin inkişafına töhfə verəcək"


  • 16:50

Azərbaycanın Şuşa və Türkiyənin Trabzon şəhərlərinin qardaşlaşması mühüm əhəmiyyət daşıyır.

Bunu Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım e-huquq.az-a açıqlamasında deyib.

O bildirib ki, bu gün imzalanan Anlaşma Memorandumu hər iki şəhərin inkişafına töhfə verəcək.

“Şəhərlərin qardaşlaşması zamanı onların iqlimi, təbiəti, tarix və s. nəzərə alınır. Trabzon və Şuşa bu baxımdan uyğun hesab olunub. Burada əsas məsələ bir-birinin gözəl nümunələrindən faydalanmaqdır. Azərbaycandan götürüləcək çox nümunə var. Qarşılıqlı müzakirələr zamanı tərəflər bir-birinin təcrübəsini öyrənəcək. İnanıram ki, bu qardaşlaşma hər iki şəhərin inkişafına töhfə verəcək” - deyə Ş.Ayrım qeyd edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər