- 17:29
"Ermənistan Konstitusiyasında dəyişiklik edilmədən regionda dayanıqlı sülhün təmin olunması mümkün deyil".
Bunu Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım e-huquq.az-a açıqlamasında deyib.
O bildirib ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları yer alır.
"Bildiyiniz kimi, iyunun 7-də Ermənistanda parlament seçkiləri keçiriləcək. Seçkilərdən sonra referendumun təşkili və Konstitusiyaya dəyişikliklərin edilməsi nəzərdə tutulur. Ərazi iddiaları aradan qaldırıldıqdan sonra Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan sərhədlərinin açılması mümkün ola bilər. Lakin bu proses Azərbaycanın razılığı olmadan baş tuta bilməz. Azərbaycan razılıq verərsə, sərhədlər açılacaq, əks halda isə açılmayaca"”, - deyə Ş.Ayrım qeyd edib.