AYNA: WUF13 çərçivəsində 70 minə yaxın sərnişin daşınıb


  • 09:27

Azərbaycanın ev sahibliyi etdiyi 13-cü Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən qonaqların və tədbir iştirakçılarının “Neoplan” markalı və elektrikli avtobuslarla rahat, fasiləsiz və təhlükəsiz daşınması təmin edilir.

E-huquq.az bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istiandən xəbər verir.

Forumda iştirak üçün Azərbaycana gələn qonaqların daşınması Heydər Əliyev Beynəlxalq Aeroportundan həyata keçirilir.

WUF13 çərçivəsində ümumilikdə 9 HUB, 2 son məntəqə və 67-dən çox aralıq dayanacaq fəaliyyət göstərir.

Forumun keçirildiyi 3 gün ərzində (17-19 may tarixinlərində) HUB-lar və tədbir məkanı arasında avtobuslarla 3 260 səfər yerinə yetirilib və 56 858 sərnişin daşınıb.

Ümumilikdə isə tədbirlə bağlı daşımalar başlayandan (12-19 may tarixlərində) hava limanı, HUB-lar və tədbir məkanı arasında avtobuslarla 5 555 səfər yerinə yetirilib və 68 263 sərnişin daşınıb. Daşımalara ümumilikdə 180 avtobus cəlb olunub.

Qeyd edək ki, sözügedən marşrutların idarə olunması və nəqliyyat əməliyyatlarının icrası AYNA-nın Monitorinq Mərkəzi tərəfindən 24/7 rejimində izlənilir. Nəqliyyat əməliyyatlarının həyata keçirilməsi üçün sürücü və idarə heyəti də daxil olmaqla 1500-ə yaxın əməkdaş prosesə cəlb olunub.

Oxşar xəbərlər