Ağakərim Səmədzadə: "İqlim risklərinə davamlı xidmətlər vacibdir"


  • 11:53

"Əlçatan və enerji baxımından səmərəli mənzillər, əlçatan ictimai nəqliyyat, yaşıl ictimai məkanlar və iqlim risklərinə davamlı xidmətlər vacibdir".

E-huquq.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Ağakərim Səmədzadə WUF13 çərçivəsində keçirilən "İqlim-mənzil əlaqəsi bərabərsizliyi və ya yerdəyişməni dərinləşdirmədən iqlimə davamlı mənzilləri genişləndirə bilərikmi?" mövzusunda keçirilən sessiyada çıxışı zamanı deyib.

O bildirib ki, müxtəlif dövlət qurumları, özəl sektor və digər tərəfdaşlar koordinasiyalı şəkildə çalışmalıdırlar.

Nazir müavini qeyd edib ki, Azərbaycanda bu məsələlər yüksək səviyyədə prioritet hesab olunur.

"Bu işi genişləndirmək üçün kiçik pilot layihələrdən bütöv şəhərləri əhatə edən daha geniş transformasiyaya keçmək lazımdır. İqlim hədəfləri şəhərsalma, şəhər inkişafı və dövlət siyasətlərinə inteqrasiya edilməlidir. Bu isə şəhərlərin daha dayanıqlı, aşağı karbonlu və sosial baxımdan inklüziv olmasına kömək edəcək. Qlobal səviyyədə isə bu cür həllər əlçatan iqlim maliyyələşməsi və texnologiya transferi vasitəsilə genişləndirilə bilər. COP29-da razılaşdırılmış maliyyə hədəfi bu baxımdan xüsusilə mühüm əhəmiyyət daşıyır", - deyə A.Kərimzadə bildirib.

Oxşar xəbərlər